elman

Xəbər verdiyimiz kimi, Milli Məclisin deputatı Elman Məmmədov erməniəsilli şəxslərin məhkəməsində ifadə verib. O, Xocalı soyqırımında ailə üzvlərinin də qətlə yetirildiyini açıqlayıb.

Həmin günlərlə bağlı Globalinfo.az-a danışan Elman Məmmədov qandonduran etiraflar edib:

“Xocalıda son ana qədər ailəmlə birlikdə idim. Anam, hər iki nənəm, qohum-əqrəbam şəhid oldu. Anamın cəsədini 20 gün sonra meşədən gətirdik, Bakıda Şəhidlər Xiyabanında dəfn etdik. Qayınatam, qayınanam, iki qayınım, iki baldızım və onların dörd körpə balası ermənilər tərəfindən qətlə yetirildi. Ailəmizdə 30-dan çox şəhid var.

Allah bütün şəhidlərimizə rəhmət eləsin”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: