Razi Nurullayevin bu görüntüləri maraq doğurdu – VİDEO

Milli Məclisin deputatı Razi Nurullayevin bostandan paylaşdığı görüntüləri sosial şəbəkədə maraqla qarşılanıb.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan R.Nurullayev bostanın özünə məxsus olduğunu deyib:

“Təsərrüfata çox böyük marağım var. Harada bir qarış torpaq tapmışamsa, mütləq nəsə əkmişəm. Biz uşaqlıqdan əkinçiliklə məşğul olmuşuq. Ta kiçik yaşlarımızdan tərəvəzi həyətimizdən dərib yemişik, artığını satmışıq. Həm maraqlı, həm də zəhmətdir. Ona görə də özüm əkib-becərirəm”.

Deputat tərəvəzləri satmaq məqsədilə əkmədiyini deyib:

“Nə əkiriksə, yaxınlarımızla bölüşürük. Biz guya nə qədər yeyə bilərik ki?! Düzü, çox əkmirik, doğmalarımıza çatacaq qədər olur. Amma kim gəlirsə, zənbilini doldura bilirik.

Əkdiyim tərəvəzlər isə acı və şirin bibər, badımcan, xiyar, pomidor, qarğıdalı, yemiş, çiyələk, göyərti, paxla və bir az taxıldır”.

Zaira Akifqızı
Globalinfo.az