Deputatdan dərslərin başlaması haqda maraqlı TƏKLİF

“Düşünürəm ki, dərslər sentyabr ayının 1-də başlamalıdır. Bu, mənim şəxsi fikrimdir”.

Globalinfo.az xəbər verir ki, bu sözləri deputat Ceyhun Məmmədov İctimai Televiziyada “Sabaha saxlamayaq” verilişində deyib.

Deputat bildirib ki, sovet dönəminin müsbət və mənfi tərəfləri olub:

“O dövrdə olan müsbət təcrübələrdən bu gün də istifadə etməliyik. Dərslərin sentyabr ayının 1-də başlamasının müxtəlif əsasları var idi. Hesab edirəm, burada hava amilinin də rolu böyükdür. Ona görə də dərslər sentyabrın 1-i başlayıb, mayın sonları bitirdi. Nəzərə alsaq ki, artıq iyunun əvvəlindən havalar istiləşməyə başlayır və bizim bütün məktəblərimizdə şagirdlərin normal təhsil alması üçün müəyyən sistemlər mövcud deyil, o baxımdan düşünürəm ki, həmin ənənəni qorumağımız lazımdır”.

C.Məmmədov deyib ki, 3 ay tətil məsələsi təhlil olunmalıdır:

“Əslində, sövet dönəmində 3 ay yalnız tətil deyildi. Tədris müddəti bitdikdən sonra düşərgələr var idi, şagirdlər həmin düşərgələrə gedərək həm öyrənirdilər, həm əylənir, həm də dincəlirdilər. Amma bu gün yay gələndə valideynlərin əlavə problemləri yaranır. Biz bu məsələyə qayıdaraq yay düşərgələrinin təşkili istiqamətində addımlar atmalıyıq. Deyilə bilər ki, düşərgələr var. Bəli, var, amma məbləğ yüksəkdir!”

Zaira Akifqızı
Globalinfo.az