Deputat həkimlərin gizli əməlindən danışdı

“Xəstə istədiyi dərmanı yox, həkimin təyin etdiyi molekul formulası göstərilən dərmanı qəbul etməlidir”.

Globalinfo.az Modern.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin iclasında komitə sədri Əhliman Əmiraslanov bildirib.

“Kimsə kefi istəyəndə adı və ya qabı xoşuna gələn dərmanı alıb içməli deyil. Həkimlər tərəfindən də bu sahədə sui-istifadə halları var. Elektron resept məsələsi boşuna gündəmə gəlməyib. Bu gün həkim və dərman satışı ilə məşğul olan şirkətlər arasında sövdələşmələr olur. Hər addımda bunun şahidi oluruq. Bəzən lazım olmayan dərmanlar xəstələrə yazılır. Elektron reseptlə bütün bunların qarşısı alınacaq. Həkim resept yazanda biləcək ki, mütəxəssis buna nəzarət edəcək”,- deyə komitə sədri vurğulayıb.