Deputat seçilən məmurun yerinə o gətirildi

eptat

Milli Məclisdə yeni təyinat həyata keçirilib.

Globalinfo.az modern.az-a istinadən bildirir ki, parlamentin İqtisadi qanunvericilik şöbəsinə yeni müdir müavini təyin edilib.

Sözügedən vəzifəyə İlqar Cəfərov gətirilib. 1962-cı il təvəllüdlü məmur ixtisasca hüquqşünasdır. O, daha əvvəl Milli Məclisin aparatında Məxfi sənədlərlə iş sektorunun müdiri vəzifəsində işləyib.

Qeyd edək ki, İqtisadi qanunvericilik şöbəsinin əvvəlki müdir müavini Rövşən Muradov sentyabrın 1-də deputat seçilib. O, parlamentdə 121 saylı Laçın seçki dairəsini təmsil edir.