Deputat rüsvayçı hesabla uduzan millimizi aşsüzənə bənzətdi

“Futbolumuz aşsüzən dövrünə yenidən qayıtdı. Yalandan Byazinin boynuna yıxmayın. Milli komandada oynamağın məsuliyyətini futbolçu anlamırsa və fədakarlıq etmirsə, hansı məşqçini gətirsəniz də, belə davam edəcək”.

Globalinfo.az xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa deyib.

O bildirib ki, Azərbaycanda böyük mənada futbol yoxdursa, milliyə oyunçu götürmə alternativləri hədsiz məhdud olacaq:

“Qurban Qurbanovu intriqalara qurban verərək uzaqlaşmağa məcbur etdilər ki, millimiz həmişə bu cür sınıq-salxaq durumda qalsın. Komandanın liderinin olmaması ilə yanaşı həm də xarakteri yoxdur. Bərabər səviyyədə 70-ci dəqiqəyədək davam edən oyunda son 30 dəqiqədə tam bir acizlik mənzərəsi ortaya qoyuldu. Udub-uduzmaqda önəmli deyil, bütün hallarda əzmkarlık göstərmək lazımdır. Əvəzində tam doqquzluğa vurdular. Bəs nə etməli? Gürcüstan və Ermənistan millilərinin oyunlarını diqqətlə izləyib, ən azı aşsüzən olmamanın yolunu tapmaq yaxşı olardı”.

Qeyd edək ki, Avro-2024-ün seçmə mərhələsinin II turunda İsveç yığması Azərbaycan millisini 5-0 məğlub edib.

Zaira Akifqızı
Globalinfo.az