Deputatlığa namizəd Razi Nurullayevin sosial şəbəkə hesabında idmanla məşğul olduğuna dair paylaşdığı video birmənalı qarşılanmayıb. Onun bu addımını təqdir edənlərlə yanaşı, tənqid edənlər də var.
Mövzu ilə bağlı Globalinfo.az-a danışan Razi Nurullayev barəsində gedən müzakirələrə belə cavab verib:
“Müalicə məqsədilə idman hərəkətləri etmək nə vaxtdan ayıb olub?! Hər kəs idman edir – deputat da, adi vətəndaş da, nazir də, fəhlə də, ziyalı da. Hoteldir bura. Müalicəvi idman hərəkəti etmək üçün xüsusi zal tikməyə ehtiyac yoxdur.
O cür yanaşanların əksəriyyətinin şəxsiyyətində və mənəviyyatında ciddi aşınma var. İçiqurdlu şəxslər var ki, bunu fərqli tərzdə təqdim edirlər. Bu cür içiqurdlu yanaşanlar həyatdan kam almayanlar, uğursuz və şanssız adamlardır. Allah onların taleyinə uğursuzluq, deyinmə, hər şeydən narazılıq, bəxtsizlik, şanssızlıq və bədbəxt olmaq yazıb. Qoy uğursuz və şanssız həyatlarını davam etdirsinlər”.
Safura Bənnayeva
Globalinfo.az