Fotoda: Jalə Əhmədova
Xəbər verdiyimiz kimi, ötən gün Dünya Alpaqut Federasiyasının (DAF) İcraiyyə Komitəsinin üzvləri və Azərbaycan nümayəndəliyinin rəhbər şəxsləri tutduqları vəzifələrdən istefa veriblər. İistefa edənlər DAF Prezidenti, sabiq millət vəkili, əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri Jalə Əhmədova, qurumun 1-ci vitse-prezidenti, millət vəkili Könül Nurullayeva, vitse-prezident Anar Qurbanov, ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Firuzə İskəndərova və katibliyin rəhbəri Tünzalə Əzimovadır.
Qurumdan Globalinfo.az-a verilən məlumata görə, Dünya Alpaqut Federasiyasının İdarə Heyəti, Federasiyanın idarə etmə sisteminin daha da təkmilləşdirilməsi məqsədilə növbədənkənar qurultay keçirmək qərarına gəlib. Bu qərar federasiyanın strateji inkişafını dəstəkləmək və Alpaqut təsisatı çərçivəsində fəaliyyətlərin daha səmərəli həyata keçirilməsini təmin etmək üçün atılan mühüm bir addımdır.
Növbəti qurultaya qədər Dünya Alpaqut Federasiyasının Prezidenti vəzifələrini Emil Rəhimov icra edəcək.
Yeni İcra Komitəsi aşağıdakı şəxslərdən ibarətdir:
- Emil Rəhimov – Prezident (növbəti qurultaya qədər prezident səlahiyyətlərini icraçısı)
- Nuran Huseynov – Vitse-Prezident (İctimai Əlaqələr)
- Tural Abasguliyev – Araşdırma və İnkişaf Vitse-Prezidenti
- Qüdrət Nuriyev – Maliyyə Departamentinin Rəhbəri
- Yunus Arabaçı – Texniki Direktor
- Hasan Çağlar – PR və Marketinq Departamentinin Rəhbəri
- Qabil Hüseynov – İdman Departamentinin Rəhbəri
- Rafiq Qasımov – Hakimlər Komitəsinin Sədri
- Betül Altıntaş – Nizam İntizam Komitəsinin Sədri
- Mustafa Gasim Kazem – Nizam İntizam Şöbəsinin Müavini
- Marina Belyaeva – Ayça Sistemi üzrə Koordinator
- Marijus Tumas – Batur Sistemi üzrə Koordinator
- Serdar Aksu – Caymaz Sistemi üzrə Koordinator
- Amanjol Tuberov – Gurshag Sistemi üzrə Koordinator
- Bülent Büyük – Kachut Sistemi üzrə Koordinator
- Naim Belgin – Avropa Qitəsi üzrə Nümayəndə
- Abdel Ghaffar Abdelbari – Afrika Qitəsi üzrə Rəsmi Nümayəndə
- Aziz Jurabayev – Asiya Qitəsi üzrə Rəsmi Nümayəndə
- Dr. Saad Maan – Ərəb Ölkələri üzrə Rəsmi Nümayəndə
- Ammar Ali Husseyn – Ərəb Ölkələri üzrə Danışman
Qərarı Təsdiq etdi:
İdarə heyətinin üzvləri:
– Vasif Namazov
– Fərid Əlizadə
– Emil Rəhimov
– Tural Abasquliyev
– Rafiq Qasımov
– Qüdrət Nuriyev
– Qabil Hüseynov
Növbəti qurultayın vaxtı yaxın günlərdə elan ediləcəkdir.
Dünya Alpaqut Federasiyası, Alpaqutun beynəlxalq aləmdə tanıdılması və inkişaf etdirilməsi məqsədini güdür. Məqsəd, Alqagutun müasir dövrdəki yerini daha da möhkəmlətmək üçün əzmkar bir iş aparmağa hesablanıb.
Zaira Akifqızı
Globalinfo.az