Deputat əsəbiləşdi: “Onlara 15 gün küçə süpürtdürək!”

Ödənişli yolda əks yola çıxıb sürətlə hərəkət edirlər. Bu adamlara cəza olaraq küçə süpürtdürmək lazımdır.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında millət vəkili Siyavuş Novruzov deyib.

“Bu, digər hərəkət iştirakçıları üçün açıq təhlükə yaradır. Başqa biri də maşını 200 km sürətlə sürür. Hətta özünü çəkib sosial şəbəkələrdə paylaşır. Axı belə olmaz”, – deputat deyib.

S.Novruzov bildirib ki, bu adamlar cərimələnməklə yanaşı ictimai qınaqla da üzləşməlidir:

“Yaxşı olardı ki, bu adamlar belə xətalar etdikdən sonra 15 gün küçə süpürmək və digər ictimai işlərə cəlb edilsin. Bu istiqamətdə qərar qəbul edilsə, bəlkə belə halların qarşısı alınar”.