Deputat Əlisa Nicat və onun 100 kitabı haqda danışdı

“Sosial şəbəkələrdə neçə gündür ki, Əlisa Nicat barədə yazırlar. Onun 100 kitabın müəllifi olduğu bildirilir. Azərbaycan bəlkə də barmaqla sayılacaq ölkələrdən biridir ki, kitablar və elmi məqalələrin sayı önəm kəsb edir. Bir dəfə Çingiz Abdullayev demişdi ki, Tolstoya çatmağıma bir cild qalıb. Sonradana deyəsən Tolstoyu ötdü”.

Globalinfo.az xəbər verir ki, bu sözləri deputat Etibar Əliyev deyib.

Onun sözlərinə görə, Nobel mükafatı laureatı Bernarda Şounun və Nobel mükafatı laureatı Knut Hamsunun bütün əsərləri 6 cild, Romen Rollanın, Hüqonun, Herbert Uelsin və Con Qolosoursinin bütün əsərləri 15 cild, Şekspirin bütün əsərləri isə 8 cild təşkil edir:

“Siyahını uzada bilərəm. Ancaq Leninin əsərləri 55 cild təşkil edir. Bununla yanaşı bütün yazıçılar neçə cild əsər yazsalar da, bir, ya iki şah əsərləri olur. Bu da böyük önəm kəsb edir. Bir maraqlı məqamı da qeyd edim: yazıçıların 1-ci və sonuncu əsərlərini müqayisə edin. Dünyagörüşün dəyişməsinin əsərə təsirini görəcəksiniz”.

Zaira Akifqızı
Globalinfo.az