ceyhun66

Deputat Ceyhun Məmmədov maraqlı aksiya keçirib.

Globalinfo.az xəbər verir ki, bu barədə özü bildirib.

“Bir qrup gənclə birlikdə Bakı Metropoliteninin “İçərişəhər” stansiyasından “Həzi Aslanov” stansiyasına qədər “Hər yerdə kitab” devizi ilə maarifləndirici aksiyaya start verdik. Aksiya çərçivəsində tələbələr elmi, bədii və publisistik kitablar oxudular.

Aksiyanın keçirilməsində məqsəd insanları oxumağa və mütaliəyə təşviq etmək, onları “Kitab oxumaq üçün vaxtım yoxdur” düşüncəsindən uzaqlaşdırmaqdır.

Məkan olaraq metronun seçilməsi də məhz bununla əlaqəlidir. Buradakı incə mesaj hər kəsə göstərir ki, şəraitdən və məkandan asılı olmayaraq hər yerdə kitab oxumaq mümkündür.

Sonda aksiya iştirakçıları ilə bir yerdə oxuduğumuz kitabları təhlil etdik və xatirə şəkli çəkdirdik. Siz də oxuduğunuz kitabla şəkil çəkdirərək aksiyaya qoşula bilərsiniz”, – Ceyhun Məmmədov qeyd edib.

345585818 229849472992149 129034475196161285 n ceyhun memmedov kitab metro dad 345586002 1058699688329304 5393179165606455286 n

Paylaş: