Depp “Karib dənizinin quldurları”na qayıtmadı

Hollivud ulduzu Conni Depp “Karib dənizinin quldurları” filminə qayıtmaq istəməyib.

Globalinfo.az axşam.az-a istinadən xəbər verir ki, buna səbəb keçmiş həyat yoldaşı Ember Heardla məhkəmə çəkişməsi zamanı “Disney” kinostudiyasının ona dəstək verməməsi olub.

Deppin pərəstişkarlarının ondan Cek Sparrou rolunu təkrar canlandırması üçün yalvarmasına baxmayaraq aktyor yola gəlməyib. O, məhkəmə prosesi zamanı film şirkətinin onunla işləməkdən imtina etdiyini, indi isə onları bağışlamayacağını açıqlayıb.

Keçmiş həyat yoldaşı aktyoru məişət zorakılığında ittiham edib və Hollivud ondan üz çevirmişdi. Aktyor sənətinə yalnız bu il qayıda bilib.

Kinostudiyanın nümayəndələri “Karib dənizinin quldurları” filminin yeni hissələrinin çəkiləcəyini açıqlasalar da, Deppin orada yer alacağı haqda heç bir məlumat verməyiblər.