depardye

Tanınmış fransalı aktyor Jerar Depardye Rusiyanı tərk edib və Ukrayna ordusu üçün pul ianə edib.

Globalinfo.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə aktyorun özü xəbər verib.

“Mən rusiyalı olduğuma görə utanıram. Mordoviyadakı mənzilimin satışından əldə olunan gəliri Ukrayna Silahlı Qüvvələrinə kömək üçün köçürdüm”, – deyə Depardye bildirib.

O, həmçinin Fransa hökumətinə müraciət edərək onlardan “müharibədən qaçqın statusu” vermələrini istəyib.

Qeyd edək ki, 2013-cü ildə Rusiyaya köçən Depardye Rusiyanın Ukraynaya hücumunu elə ilk günlərdən pisləyib və Rusiya Prezidenti Vladimir Putini kəskin tənqid edib.

Paylaş: