“Çimərliklər tamamilə ödənişsizdir, heç bir məbləğ tələb olunmamalıdır”.

Globalinfo.az xəbər verir ki, bu sözləri hüquqşünas Şamil Paşayev deyib.

O bildirib ki, çimərliyə daxil olan zaman hər hansı bir şəxs insanlardan pul ala bilməz:

“Dənizi bağlamaq, 20-50 metr zolağında hasar çəkmək, orada pul yığmaq, insanları çimərliyə buraxmamaq 40 min manata qədər cərimədir. Bununla bağlı İqtisadiyyat Nazirliyi və İcra Hakimiyyətinə şikayət etmək mümkündür”, – hüquqşünas deyib.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: