Təbrizdə “Dənizdə” tamaşası bazar günündən bəri Təbriz Şəhər Teatr kompleksinin Ustad Sadıqi zalında səhnəyə çıxarılıb.
Globalinfo.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Məşhur polşalı dramaturq Slavomir Mrojekin müəllifi olduğu komediya tamaşasının 10 gün nümayiş etdiriləcəyi bildirilib.
Rejissorunun Əli Fütuhi olduğu tamaşada Yusuf Əkbərzadə, Mehdi Xaliqi, Səba Fərbodyar, Əli Fikri və Mehdi Nurzad Lalə rol alıblar.
“Dənizdə” iki kişi və bir qadının dənizdə itmiş bir gəmidə ac qaldıqlarını və aclığa qalib gəlməyə çalışdıqlarını təsvir edir. Atyorlar Yusuf Əkbərzadə, Mehdi Xaliqi, Səba Fərbodyar, Əli Fikri və Mehdi Nurzad Lalə bu tamaşada rol alıblar,” Nasr News yazıb.