Əsəd rejimi İraqla sərhəddə yerləşən Deyr əz-Zor bölgəsindəki qoşunları çıxarıb və buranı Suriya Demokratik Qüvvələrinə təhvil verib.
Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Məlumata görə, İraqla sərhəddən çıxarılan qoşunlar paytaxt Dəməşqə gətirilir. Onların paytaxtın müdafiəsi üçün gətirildiyi bildirilir.
Qeyd edək ki, bir qədər əvvəl “Heyət Təhrir əş-Şam” Xümsün şimalına nəzarəti ələ keçirib.
Əliyar Xəlil
Globalinfo.az