Bakı təklifimizə müsbət cavab verdi – Qriqoryan

“Azərbaycan sərhədlərin demarkasiyası üzrə komissiyaların iclasının keçirilməsi ilə bağlı Ermənistanın təklifinə müsbət cavab verdi”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan jurnalistlərə açıqlamasında deyib.

“Görüş zamanı gündəlikdə duran məsələlər müzakirə olunacaq. Amma yeri və vaxtı ilə bağlı qərar verilməyib. Yaxın vaxtlarda bunun baş tutacağı ehtimal olunur”, – o bildirib.

Ayşən Mustafa
Globalinfo.az