Dəm qazının qurbanları: 30 yaşlı kişi, 82 yaşlı qadın…

Bakıda 30 yaşlı kişi, Xaçmazda isə 82 yaşlı qadın dəm qazından boğularaq ölüb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, Yasamal rayon ərazisində 1993-cü il təvəllüdlü Nicat Bayramov yaşadığı evin hamam otağında dəm qazından boğulub.

Bundan başqa Xaçmaz rayon sakini, 1941-ci il təvəllüdlü Malikə Şərifova dəm qazından boğularaq ölüb.

Hər iki faktla bağlı araşdırma aparılır.