nn1

“Delimitasiya və demarkasiya ilə bağlı Azərbaycan və Ermənistan arasında iş gedir”.

Globalinfo.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

    Nazir bildirib ki, bu istiqamətdə komissiyalar yaradılıb: “Bu iş mütəmadi davam etdirilir. Biz aparılan işin müsbət ilkin nəticələrinə şahid olmuşduq, 13 km-ə yaxın dövlət sərhəd xətti delimitasiya edilib”.

    Ceyhun Bayramov qeyd edib ki, hər iki tərəfdə bəlli razılaşmalar əldə edilib: “Delimitasiya prosesi şimaldan cənuba doğru davam etdiriləcək. Proses həyata keçiriləcək, esklav kənd məsələləri öz həllini tapacaq”.

    Paylaş: