Myanmada zəlzələ nəticəsində həyatını itirənlərin sayı 3 mini ötüb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.
Yaralıların sayı 4500-ü ötüb, 351 nəfər itkin düşüb.
***
09:49
Myanmada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 2 886 nəfərə çatıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Bildirilib ki, 4 639 nəfər xəsarət alıb.
Qeyd edək ki, martın 28-də Myanmada baş vermiş 7,7 və 6,4 maqnitudalı iki güclü zəlzələ böyük dağıntılara və çoxsaylı insan tələfatına səbəb olub.