Dəhşətli yanğında zəhərlənənlərin son vəziyyəti

17.01.2023-cü il tarixində saat 22:50 radələrində Sumqayıt Dövlət Texniki Kollecin yataqxanasında başlayan yanğınla əlaqədar Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Stansiyasının dərhal 3 briqadası hadisə yerinə cəlb edilib.

Globalinfo.az xəbər verir ki, bu barədə Sumqayıt Tibb Mərkəzi məlumat verib.

Məlumatda bildirilib ki, hadisə nəticəsində 4 nəfər zəhərlənib.

1954-cü il təvəllüdlü şəxs (kişi cinsli) “Digər qazların toksiki təsiri” diaqnozu ilə orta ağır vəziyyətdə hospitalizasiya olunub.
1981-ci il təvəllüdlü (kişi cinsli) və 1961 -ci il təvəllüdlü (qadın cinsli) şəxslərə “Digər qazların toksiki təsiri” diaqnozu ilə yerində yardım olunub. Durumları kafidir.
2 nəfər qadına isə “Stresə qarşı kəskin reaksiya” diaqnozu ilə yerində yardım olunub.
Briqadalar hazırda hadisə yerindədir.