Dəhşətli qəzadan sağ çıxan ruslar Moskvada – VİDEO

Əfqanıstanda “Falcon 10” təyyarəsinin qəzaya düşməsindən sonra sağ qalan pilotlar Dmitri Belyakov və Arkadiy Qraçev, eləcə də həkim Pavel Popov ölkələrinə qayıdıblar.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, sözügedən şəxsləri daşıyan təyyarə Moskvanın Vnukovo hava limanına enib.

Xatırladaq ki, “Falcon 10” yanvarın 21-i Əfqanıstan dağlarında qəzaya uğrayıb. Tailanddan Moskvaya uçan bu təyyarənin göyərtəsində 6 nəfər – 2 pilot, 2 həkim və 1 evli cütlük olub. Qəza nəticəsində sözügedən cütlük – Volqodonsk şəhərində tanınmış iş adamı Anatoli Yevsyukov və həyat yoldaşı həlak olub. Qadın Tailanddan Moskvaya xəstəxanaya aparılırmış.