Dəhşətli QƏTL: Kişini evində dəlmə-deşik etdilər

Mayın 10-də saat 20:30 radələrində paytaxtın Binəqədi rayonu Biləcəri qəsəbəsində evlərin birində 1965-ci il təvəllüdlü Abbasov Etibar Mehrac oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən Globalinfo.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin müəyyən olunub saxlanılması istiqamətində tədbirlər görülür.

Əlavə məlumat veriləcəkdir.