Dəhşət! Şagird ov tüfəngi ilə məktəbə basqın etdi, ətraf qan gölünə döndü – VİDEO

Şanlıurfada ona siqaretlə bağlı xəbərdarlıq edən direktor müavini ilə mübahisə etdiyi iddia edilən lisey şagirdi İsa D. ov tüfəngi ilə məktəbə basqın edib.

Globalinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Ulubağ Məhəlləsində Özəl Cezeri Akademiyası və Texnologiya Peşə Texniki Anadolu Liseyində qeydə alınıb.

İsa D.-nin silahlı hücumu nəticəsində direktor Suat A., özəl mühafizəçi G.M. və tələbə H.A. yaralanıb.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

İsa D. polis qrupları tərəfindən nəzarətə alınıb.

Hadisə ilə bağlı araşdırmalara aparılır.

Ayşən

Globalinfo.az