VACİB XƏBƏRLƏR

DƏHŞƏT: Məşqçi canlı yayımda 2-si türk olmaqla 3 nəfəri öldürdü

Dünya, Kriminal
1691779986.363919002 198756116517208 1941575801388272426 n

Bosniya və Herseqovinanın Qradaçak şəhərində Nermin Sulejamnovic adlı şəxs sosial media hesabından canlı yayıma çıxaraq keçmiş həyat yoldaşını və türk əsilli ata-oğulu öldürüb.

Globalinfo.az xəbər verir ki, o, qətllərdən sonra intihar edib.

Bosniya və Herseqovinanın şimal-şərqindəki Qradaçak şəhərində fitness məşqçisi Nermin Sulejamnovic adlı şəxs sosial media hesabında canlı yayım açaraq keçmiş həyat yoldaşı NH-yə atəş açıb.

Eks həyat yoldaşını öldürdükdən sonra atəş açmağa davam edən Sulejamnovic türk əsilli ata Önder Cengiz və 23 yaşlı oğlu Denis Cengizin də ölümünə səbəb olub.

Silahlı şəxs Sulejamnovic polisdən qaçarkən bir polis əməkdaşını, öldürülən uşağın anasını və başqa bir şəxsi yaralayıb.

Keçmiş həyat yoldaşını öldürən görüntüləri sosial media hesabında canlı yayımlayan Sulejamnovic, daha sonra sosial mediadan silinən görüntülərdə “İndi canlı yayımda qətlin necə olduğunu görəcəksiniz” deyib.

Süleymanoviçin həbs olunmamaq üçün intihar etdiyi öyrənilib.

Paylaş:

Ən çox oxunan xəbərlər

Rubrika

Bizi izləyin

Xəbər axtarın
Axtarış