“Dədə Qorqud”un çəkilişlərindən nadir kadrlar – VİDEO

Azərbaycan Televiziyasının (AzTV) Qızıl Fondu “Dədə Qorqud” filmindən kadrarxası görüntülər yayıb.

Globalinfo.az xəbər verir ki, 1975-ci ildə lentə alınan “Dədə Qorqud” filminin çəkilişi zamanı operator Rasim İsmayılov, rejissor Tofiq Tağızadə, aktyorlar Rasim Balayev və Givi Toxadze, ssenari müəllifi Anarın iştirakı ilə olan hissə təqdim olunub.