Krımda kriminal avtoritet Mraz Mıtişinski (Murad Amoyan) saxlanılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə SHOT teleqram kanalı yazır.

Bildirilir ki, 4 ildir Rusiyaya girişi ömürlük qadağan edilən mütəşəkkil cinayətkar qruplaşmanın rəhbərinin üzərindən döyüş veteranının saxta vəsiqəsi aşkar edilib.

Mraz Mıtişinski sonuncu dəfə 2020-ci ildə Rusiya ərazisində saxlanılıb. O, adam oğurluğuna görə axtarışda olduğu Ermənistandan Rusiyaya qaçıb. Rusiyada Amoyanın mütəşəkkil cinayətkar dəstəsi Kuban və Moskva vilayətindəki iş adamlarını qorxu altında saxlayıb. Onun məşhur kriminal avtoritet Ded Hasanın yaxın adamı olduğu bildirilir.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Paylaş: