AA 20260618 41713700 41713699 CEKYA GUNEY AFRIKA scaled

Futbol üzrə dünya çempionatının A qrupunda Çexiya və Cənubi Afrika Respublikası (CAR) milliləri qarşılaşıb. 

Globalinfo.az xəbər verir ki, matç Atlanta stadionunda keçirilib, oyunu ABŞ-dən olan hakim Tori Penso idarə edib.

Qarşılaşmanın 6-cı dəqiqəsində Mixal Sadilek fərqlənib və Çexiyanı 1 top fərqi önə çıxarıb. Birinci fasiləyə Avropa təmsilçiləri qələbə ilə yollanıb.

İkinci hissənin sonlarına yaxın – 83-cü dəqiqədə isə CAR yığmasının oyunçusu Teboho Mokoena dəqiq penalti zərbəsi ilə oyunda bərabərlik qoluna imza atıb.

Qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

Paylaş: