seee

Seneqal millisinin həkimi ilə bağlı maraqlı detal ortaya çıxıb.

Globalinfo.az modern.az-a istinadən xəbər verir ki, Seneqal Futbol Federasiyasının rəhbəri Abdullaye Fal komandanın həkimi Fedior Joqonun əslində ginekoloq ixtisasına malik olduğunu açıqlayıb.

Federasiya rəhbərinin sözlərinə görə, o, bu barədə yalnız həkim artıq milli komandada işləyərkən məlumat əldə edib.

“Komandanın həkiminin futbolçularla işləmək üçün zəruri peşə hazırlığı yox idi. Mən bunu yalnız iş prosesində öyrəndim. Doktor Fedior ixtisasca ginekoloqdur. Futbolçular onun müalicəsinə mütəmadi müraciət etmək məsələsində özlərini kifayət qədər rahat hiss etmirdilər. Bizə peşəkarlığı şübhə doğurmayan mütəxəssis lazım idi”, – federasiya prezidenti bildirib.

Məlumata görə, bəzi futbolçular da həkimin ixtisası səbəbindən ona tam etimad göstərməyiblər.

Bu açıqlama sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İstifadəçilərin bir qismi zarafatla Seneqal yığmasının Dünya Çempionatında erkən mübarizəni dayandırmasını da bu amillə əlaqələndirib.

Qeyd edək ki, məsələ ilə bağlı komandanın keçmiş həkimindən hələlik rəsmi açıqlama verilməyib.

Paylaş: