DÇ-2022: Yarımfinal mərhələsinə ilk vəsiqəni Xorvatiya millisi qazandı

Xorvatiya millisi Qətərdə keçirilən dünya çempionatında yarımfinal mərhələsinə vəsiqə qazanıb.

Avropa təmsilçisi 1/4 finalda Braziliyanı mübarizədən kənarlaşdırıb.

0 dəqiqəsində qol vurulmayan görüşdə əlavə vaxt oynanılıb. Matçın 105+1-ci dəqiqəsində Neymar hesabı açıb. 117-ci dəqiqədə Bruno Petkoviç bərabərlik topunu vurub – 1:1.

Tablodakı rəqəmlər dəyişmədiyindən penaltilər seriyasından istifadə olunub. Burada daha dəqiq oynayan (4:2) Xorvatiya yığması adını yarımfinala yazdırıb.

Zlatko Daliçin rəhbərlik etdiyi kollektivin növbəti mərhələdəki rəqibi Niderland – Argentina cütünün qalibi olacaq. Yarımfinal matçı dekabrın 13-də keçiriləcək.

***

Qətərdə keçirilən dünya çempionatında Xorvatiya və Braziliya yığmaları arasında 1/4 final matçında əlavə vaxt başa çatıb.

Burada da hesab (1:1) dəyişmədiyindən, qalibi müəyyənləşdirmək üçün penaltilər seriyasından istifadə olunacaq.

***

Qətərdə keçirilən dünya çempionatında Xorvatiya və Braziliya yığmaları arasında 1/4 final oyununda 2-ci qol vurulub.

117-ci dəqiqədə fərqlənən Bruno Petkoviç Avropa təmsilçisinin heyətində fərqlənərək, hesabı bərabərləşdirib.

***

Qətərdə keçirilən dünya çempionatında Xorvatiya və Braziliya yığmaları arasında 1/4 final oyununda hesab açılıb.

105+1-ci dəqiqədə Neymar Cənubi Amerika təmsilçisini önə keçirib – 1:0.

***

Qətərdə keçirilən dünya çempionatında Xorvatiya və Braziliya yığmaları arasında 1/4 final matçında əlavə vaxt başlayıb.

Hələlik oyunda hesab açılmayıb – 0:0.

***

Qətərdə keçirilən dünya çempionatında Xorvatiya və Braziliya yığmaları arasında 1/4 final matçında əlavə vaxt oynanılacaq.

Buna səbəb görüşün əsas vaxtında qalibin müəyyənləşməməsidir – 0:0.

Qolsuz bərabərə qalan kollektivlər yarımfinala vəsiqə uğrunda ən azı daha 30 dəqiqə mübarizə aparacaqlar.

***

Qətərdə keçirilən dünya çempionatında Xorvatiya və Braziliya yığmaları arasında 1/4 final oyununda 2-ci hissə başlayıb.

İlk yarıdan sonra hesab açılmayıb – 0:0.

***

Qətərdə keçirilən dünya çempionatında Xorvatiya və Braziliya yığmaları arasında 1/4 final oyununda ilk hissə başa çatıb.

Komandalar fasiləyə 0:0 hesablı heç-heçə ilə yollanıblar.

***

Qətərdə keçirilən dünya çempionatında Braziliya və Xorvatiya yığmaları arasında 1/4 final mərhələsinin oyunu başlayıb.

Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürüb.

***

Qətərdə keçirilən dünya çempionatının 1/4 final mərhələsində üz-üzə gələcək Xorvatiya və Braziliya yığmalarının start heyətləri bəlli olub.

Globalinfo.az bildirir ki, komandalar meydana aşağıdakı “11-liklər”lə çıxacaqlar:

Xorvatiya: Livakoviç, Yuranoviç, Lovren, Qvardiol, Sosa, Brozoviç, Kovaçiç, Modriç, Pasaliç, Perisiç, Kramariç

Braziliya: Alisson Bekker, Eder Militao, Tyaqo Silva, Markinyos, Danilo, Kazemiro, Neymar, Lukas Paketa, Rişarlison, Rafinya, Vinisius Junior

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.