DÇ-2022-də ilk sensasiya: Messi şok yaşadı, rekord qırılmadı

Futbol üzrə Argentina millisi Qətərdə keçirilən dünya çempionatının C qrupunun ilk matçında Səudiyyə Ərəbistanına 1-2 məğlub olub.

Globalinfo.az bildirir ki, görüşdə hesabı cənubi amerikalılar açıblar. 10-cu dəqiqədə Lionel Messi penaltini dəqiq yerinə yetirib.

Səudiyyə Ərəbistanı yığması fasilədən sonra gözlənilmədən iki qol vurub. 49-cu dəqiqədə Saleh Al Şehri tarazlığı bərpa edib, 53-cü dəqiqədə isə Salem Al Davsari komandasını önə keçirib.

Beləliklə, Argentina DÇ-2022-yə məğlubiyyətlə start verib və İtaliyanın 37 matçlıq məğlubiyyətsizlik seriyasını qırmaq fürsətini əldən verib.

Aqşin
Globalinfo.az