DÇ-2022: Qana Cənubi Koreyaya qalib gəldi

Qana Cənubi Koreyaya 3-2 qalib gəldi.

***

Məhəmməd Kudus Qananı 69-cu dəqiqədə hesabda yenidən irəli çıxardı: 3-2.

***

Cənubi Koreya millisi görüşün Ço Que-Sunq 58 və 61-ci dəqiqəsində vurduğu qollarla hesabı bərabərləşdirdi: 2-2.

***

Qətərdə keçirilən dünya çempionatında Cənubi Koreya və Qana yığmaları arasında H qrupunun II tur oyununda ilk hissə başa çatıb.

Globalinfo.az bildirir ki, Afrika təmsilçisi fasiləyə üstünlüklə yollanıb – 2:0. Qolları 24-cü dəqiqədə Məhəmməd Salisu və 34-cü dəqiqədə Məhəmməd Kudus vurublar.

***17:29

Qətərdə keçirilən dünya çempionatında Cənubi Koreya və Qana yığmaları arasında H qrupunun II tur oyununda hesab açılıb.

Globalinfo.az bildirir ki, 24-cü dəqiqədə fərqlənən Məhəmməd Salisu Afrika təmsilçisini önə keçirib.

***17:12

Qətərdə keçirilən dünya çempionatında Cənubi Koreya və Qana yığmaları arasında H qrupunun II tur oyunu başlayıb.

Globalinfo.az bildirir ki, qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlayıb.