DÇ-2022: Portuqaliya Uruqvaya qalib gəldi

Fernandeş son dəqiqələrdə penaltidən ikinci qolu vurdu: 2-0.

***

Portuqaliya millisi də ikinci matçında qalib gələrək pley-offa vəsiqə qazandı.

Ronaldo 55-ci dəqiqədə hesabı açdı: 1-0.

***

Dünya çempionatının qrup mərhələsinin ikinci turunda keçirilən Portuqaliya – Uruqvay oyununda azarkeşlər meydana girib.

Onlar 51-ci dəqiqədə stadiona daxil olub. Hakim buna görə oyunu dayandırıb.

Fanatları təhlükəsizlik əməkdaşları meydandan çıxarıb.

***

Qətərdə keçirilən dünya çempionatının H qrupunun II turunda Portuqaliya və Uruqvay yığmaları qarşılaşırlar. 

Oyunda ikinci hissə başlayıb.

Qarşılaşmada hesab açılmayıb.

***

Qətərdə keçirilən dünya çempionatının H qrupunun II turunda Portuqaliya və Uruqvay yığmaları qarşılaşırlar. 

Oyunda ilk hissə başa çatıb.

Qarşılaşmada hesab açılmayıb.

***

Portuqaliya – Uruqvay matçı başladı.

***

Qətərdə keçirilən dünya çempionatının H qrupunun II turunda üz-üzə gələcək Portuqaliya və Uruqvay yığmalarının start heyətləri elan olunub.

Globalinfo.az xəbər verir ki, komandalar meydana aşağıdakı heyətlə çıxacaqlar:

Portuqaliya: Dioqu Koşta, Pepe, Nunu Mendeş, Joau Kanselu, Ruben Diaş, Ruben Neveş, Vilyam Karvalyu, Brunu Fernandeş, Bernardu Silva, Joau Feliks, Kriştianu Ronaldu

Uruqvay: Serxio Roçet, Rodriqo Bentankur, Xose Mariya Ximenes, Dieqo Qodin, Matias Oliveyra, Sebastyan Koates, Darvin Nunyes, Edinson Kavani, Federiko Valverde, Matias Vesino

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.