DÇ-2022: İspaniya Kosta Rikanı darmadağın etdi – 7 qolla qalib gəldi / VİDEOİCMAL

İspaniya Kosta Rikanı 7-0 məğlub etdi.

 

***

Soler 90-cı dəqiqədə 6-cı, Morata isə 93-cü dəqiqədə 7-ci qolu vurdu: 7-0.

***

75-ci dəqiqədə Qavi hesabı 5-0-a çatdırdı.

***

Torres görüşün 54-cü dəqiqəsində komandasının 4-cü qoluna imza atdı: 4-0.

***

İspaniya 10 dəqiqə sonra, 31-ci dəqiqədə Torresin penaltidən vurduğu qolla fərqi artırdı: 3-0.

***

Asensio 21-ci dəqiqədə 2-ci qolu vurdu: 2-0.

***

İspaniya Olmonun qolu ilə 11-ci dəqiqədə hesabda önə keçdi: 1-0.

***

İspaniya – Kosta Rika matçı start götürdü.

***

Qətərdə keçirilən dünya çempionatının E qrupunun ilk turu çərçivəsində keçirilən İspaniya – Kosta Rika matçı start götürüb.

Hazırda oyunda hesab açılmayıb.

**

Qətərdə keçirilən dünya çempionatının E qrupunun ilk turunda üz-üzə gələcək İspaniya və Kosta Rika yığmalarının start heyətləri açıqlanıb.

Globalinfo.az-ın məlumatına görə, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar:

İspaniya: Unay Simon, Sesar Asplikueta, Emerik Lyaport, Serxio Busgets, Jordi Alba, Rodri, Pedri, Qavi, Dani Olmo, Marko Asensio, Ferran Torres

Kosta Rika: Keylor Navas, Karlos Martines, Keyşer Fuller, Oskar Duarte, Fransisko Kalvo, Brayan Ovyedo, Cevison Bennetto, Yeltsin Texeda, Selso Borxes, Joel Kempbell, Entoni Kontreras

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.