DÇ-2022-də ilk finalçı müəyyənləşdi – Argentina darmadağınla qalib oldu

Qətərdə keçirilən dünya çempionatının ilk finalçısı Argentina millisi olub.

Globalinfo.az xəbər verir ki, “tanqoçular” yarımfinalda Xorvatiya millisinə qalib gəliblər – 3:0.

***

Qətərdə keçirilən dünya çempionatının yarımfinal mərhələsinin Argentina – Xorvatiya matçında hesab növbəti dəfə dəyişib. 

Globalinfo.az xəbər verir ki, qarşılaşmanın 69-cu dəqiqəsində Xulian Alvarez özünün ikinci, Argentinanın üçüncü qolunu vurub.

***

Qətərdə keçirilən dünya çempionatının yarımfinal mərhələsinin Argentina – Xorvatiya matçında ikinci hissə başlayıb. 

Globalinfo.az xəbər verir ki, Argentina 2:0 hesabı ilə qalib gəlir.

***

Qətərdə keçirilən dünya çempionatının yarımfinal mərhələsinin Argentina – Xorvatiya matçında ilk hissə başa çatdı.

Globalinfo.az xəbər verir ki, Argentina fasiləyə 2:0 öndə yollanıb.

***

Xulian Alvares 39-cu dəqiqədə Argentinanın ikinci qoluna imza atdı: 2-0.

***

Qətərdə keçirilən dünya çempionatının yarımfinal mərhələsinin Argentina – Xorvatiya matçında hesab açılıb. 

Globalinfo.az xəbər verir ki, qarşılaşmanın 34-cü dəqiqəsində Lionel Messi penalti zərbəsi ilə hesabı açıb.

***

Qətərdə keçirilən dünya çempionatının yarımfinal oyununda Argentina – Xorvatiya matçı başlayıb. 

Globalinfo.az xəbər verir ki, qarşılaşma saat 23:00-da start götürüb.

***

Qətərdə keçirilən dünya çempionatının yarımfinal oyununda üz-üzə gələcək Argentina və Xorvatiya yığmalarının start heyətləri açıqlanıb.

Globalinfo.az-ın məlumatına görə, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar:

Argentina: Emiliano Martines, Nauel Molina, Kristian Romero, Nikolas Otamendi, Entso Fernandes, Leandro Paredes, Nikolas Talyafiko, Aleksis Makkallister, Rodriqo De Paul, Lionel Messi, Xulian Alvares

Xorvatiya: Dominik Livakoviç, Yosip Yuranoviç, Deyan Lovren, Yoşko Qvardiol, Borna Sosa, Marselo Brozoviç, Mateo Kovaçiç, Luka Modriç, Mario Paşaliç, İvan Perisiç, Andre Kramariç

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.