83cfb772 0f35 3bfa ba30 7f1023b18812 850

Bu gün Qətərdə təşkil olunan dünya çempionatının 1/8 final mərhələsinin daha 2 oyunu baş tutacaq.

Globalinfo.az bildirir ki, günün ilk matçında Fransa Polşa ilə üz-üzə gələcək. Oyun saat 19:00-da başlayacaq.

Digər matçda isə saat 23:00-da İngiltərə yığması Seneqalla qarşılaşacaq.

Qeyd edək ki, İngiltərə 1966-cı ildə, Fransa isə 1998 və 2018-ci ildə sözügedən mundialda qalib olub.

***

Qətərdə keçirilən dünya çempionatının 1/8 final oyununda üz-üzə gələcək Fransa və Polşa yığmalarının start heyətləri açıqlanıb.

Komandalar matça aşağıdakı “11-lik”lərlə başlayacaqlar:

Fransa: Uqo Loris (K), Jül Kunde, Dayo Upamekano, Rafael Varan, Teo Ernandes, Orelyen Çuameni, Adrien Rabyo, Antuan Qrizmann, Kilian Mbappe, Usman Dembele, Olivye Jiru

Polşa: Voytsex Şesnı, Bartoş Bereşinski, Kamil Qlik, Metti Keş, Pşemıslav Frankovski, Yakub Kivyor, Qjeqoj Krıxovyak, Robert Levandovski (K), Pyotr Zelinski, Sebastian Şimanski, Yakub Kaminski

***

Qətərdə keçirilən dünya çempionatında Fransa və Polşa yığmaları arasında 1/8 final mərhələsinin oyunu başlayıb.

Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürüb.

***

Qətərdə keçirilən dünya çempionatında Fransa və Polşa yığmaları arasında 1/8 final mərhələsinin oyununda ilk hissə başa çatıb.

Fransızlar fasiləyə minimal hesablı üstünlüklə yollanıb. Yeganə qolu 44-cü dəqiqədə Olivye Jiru vurub.

***19:45

Qətərdə keçirilən dünya çempionatında Fransa və Polşa yığmaları arasında 1/8 final mərhələsinin oyununda hesab açılıb.

Olivye Jiru 44-cü dəqiqədə Fransanı önə çıxarıb.

***

Qətərdə keçirilən dünya çempionatında Fransa və Polşa yığmaları arasında 1/8 final mərhələsinin oyununda ikinci hissə başlayıb.

Hələlik Didey Deşamın baş məşqçi olduğu kollektiv hesabda öndədir – 1:0.

***

Qətərdə keçirilən dünya çempionatında Fransa və Polşa yığmaları arasında 1/8 final mərhələsinin oyununda hesab dəyişib.

Kilian Mbappe 90+1-ci dəqiqədə özünün 2-ci, fransızların isə 3-cü qolunu vurub.

***

Qətərdə keçirilən dünya çempionatında Fransa və Polşa yığmaları arasında 1/8 final mərhələsinin oyununda 2-ci qol vurulub.

Kilian Mbappe 74-cü dəqiqədə fransızların üstünlüyünü artırıb.

***

Fransa millisi Qətərdə keçirilən dünya çempionatında 1/4 final mərhələsinə vəsiqə qazanıb.

Didye Deşamın rəhbərlik etdiyi kollektiv 1/8 finalda Polşa millisinə 3:1 hesabı ilə qalib gəlib.

Fransızlardan qolları 44-cü dəqiqədə Olivye Jiru, 74 və 90+1-ci dəqiqələrdə Kilian Mbappe vurub. Polşalıların təsəlli qoluna isə matçın əsas vaxtına əlavə olunmuş 9-cu dəqiqədə penaltidən Robert Levandovski imza atıb.

Fransa yığması növbəti mərhələdə İngiltərə – Seneqal görüşünün qalibi ilə qarşılaşacaq.

Paylaş: