DÇ-2022: Argentina yarımfinala çıxdı

Argentina Niderlandla qarşılaşmada penalti vuruşlarında daha dəqiq oynayaraq (4-3) yarımfinala yüksəldi. Bu mərhələdə Argentinanın rəqibi Xorvatiya millisidir.

***

Əlavə 30 dəqiqədə də bərabərlik qeydə alındığı üçün penaltilər seriyası ilə qalib müəyyənləşəcək.

***

Qətərdə keçirilən dünya çempionatında Niderland və Argentina yığmaları arasında 1/4 final matçında əlavə vaxt başlayıb.

Hazırda oyunda hesab 2:2-dir.

***

Qarşılaşmanın əsas vaxtı bərabərliklə yekunlaşdığı üçün əlavə 30 dəqiqə oynanılacaq. Bu raundda da tarazlıq pozulmasa, penalti zərbələrinə müraciət olunacaq.

***

Qətərdə keçirilən dünya çempionatında Niderland və Argentina yığmaları arasında 1/4 final oyununda 4-cü qol vurulub və hesab bərabərləşib.

Vesxost 90+10-da hesabı bərabərləşdirir – 2:2.

***

Messiyə sarı vərəqə verildi.

***

Qətərdə keçirilən dünya çempionatında Niderland və Argentina yığmaları arasında 1/4 final oyununda 3-cü qol vurulub.

Veqorst 84-cü dəqiqədə fərqi azaltdı: 2-1.

Canlı yayımı BURADAN izləyə bilərsiniz.

***

Qətərdə keçirilən dünya çempionatında Niderland və Argentina yığmaları arasında 1/4 final oyununda 2-ci qol vurulub.

Messi 73-cü dəqiqədə penaltidən fərqi 2-yə çatdırıb.

***

Qətərdə keçirilən dünya çempionatında Niderland və Argentina yığmaları arasında 1/4 final oyununda 2-ci hissə başlayıb.

Hələlik Cənubi Amerika təmsilçisi hesabda öndədir – 1:0.

***

Qətərdə keçirilən dünya çempionatında Niderland və Argentina yığmaları arasında 1/4 final oyununda ilk hissə başa çatıb.

Cənubi amerikalılar fasiləyə 1:0 hesablı üstünlüklə yollanıblar.

***

Qətərdə keçirilən dünya çempionatında Niderland və Argentina yığmaları arasında 1/4 final oyununda hesab açılıb.

35-ci dəqiqədə Nahuel Molina Cənubi Amerika təmsilçisini önə keçirib – 1:0.

***

Qətərdə keçirilən dünya çempionatında Niderland və Argentina yığmaları arasında 1/4 final mərhələsinin oyunu başlayıb.

Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürüb.

***

Qətərdə keçirilən dünya çempionatının 1/4 final mərhələsində qarşılaşacaq Niderland və Argentina yığmalarının start heyətləri açıqlanıb.

Globalinfo.az-ın məlumatına görə, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar.

Niderland: 23. Andries Noppert, 2. Yurien Timber, 4. Vircil Van Dayk, 5. Natan Ake, 22. Denzel Dümfriz, 15. Marten De Run, 21. Frenki De Yonq, 17. Deyli Blind, 7. Stiven Berqveyn, 10. Memfis Depay, 8. Kodi Qakpo

Argentina: 23. Emiliano Martinez, 26. Molina Nahuel, 13. Kristian Romero, 25. Lisandro Martines, 19. Nikolas Otamendi, 8. Markos Akunya, 20. Aleksis Makallister, 7. Rodriqo De Paul, 24. Entso Fernandes, 10. Lionel Messi, 9. Julian Alvares

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.