DÇ-2022: Almaniya Kosta Rikaya qalib gəldi

Almaniya Kosta Rikanı 4-2 məğlub etsə də, qrupdan növbəti mərhələyə çıxa bilmədi.

***

Almaniya Falkruqun 89-cu dəqiqədəki qolu ilə fərqi artırdı: 4-2.

***

Almaniya Havertsin 85-ci dəqiqədə qolu ilə hesabda önə keçdi: 3-2.

***

Qətərdə keçirilən dünya çempionatının E qrupunun III turunda keçirilən Kosta Rika – Almaniya matçında hesab dəyişib. 

Əvvəlcə qarşılaşmanın 70-ci dəqiqəsində Varqas Kosta Rikanı önə keçirən qola imza atıb.

Ardınca isə 73-cü dəqiqədə Kay Havertz yenidən hesabda tarazlıq yaradıb.

***

Qətərdə keçirilən dünya çempionatının E qrupunun III turunda keçirilən Kosta Rika – Almaniya matçında hesab dəyişib. 

Qarşılaşmanın 59-cu dəqiqəsində Texeda Kosta Rikanın bərabərlik qoluna imza atıb.

***

Qətərdə keçirilən dünya çempionatının E qrupunun III turunda keçirilən Kosta Rika – Almaniya matçında ikinci hissə başlayıb. 

Almaniya qalib gəlir.

***

Qətərdə keçirilən dünya çempionatının E qrupunun III turunda keçirilən Kosta Rika – Almaniya matçında ilk hissə başa çatıb. 

Almaniya qalib gəlir.

***

Qətərdə keçirilən dünya çempionatının E qrupunun III turunda keçirilən Kosta Rika – Almaniya matçında hesab açılıb. 

Oyunun 10-cu dəqiqəsində Qnabri Almaniyanı hesabda önə çıxarıb.

***

Qətərdə keçirilən dünya çempionatının E qrupunun III turunda keçirilən Kosta Rika – Almaniya matçı başlayıb. 

Matç saat 23:00-da start götürüb.

***

Qətərdə keçirilən dünya çempionatının E qrupunun III turunda üz-üzə gələcək Kosta Rika və Almaniya yığmalarının start heyətləri açıqlanıb.

Globalinfo.az-ın məlumatına görə, komandalar matça aşağıdakı “11-lik”lərlə başlayacaqlar:

Kosta Rika: Keylor Navas, Kendal Vaston Manle, Oskar Duarte, Brayan Ovyedo, Xuan Pablo Varqas, Brandon Agilera, Yeltsin Texeda, Selso Borxes, Keyşer Fuller, Joel Kempbell, Cohan Veneqas

Almaniya: Manuel Noyer, Niklas Süle, Antonio Rüdiger, David Raum, Coşua Kmmix, Leon Qoretska, Cama Musiala, İlkay Gündoğan, Serj Qnabri, Leroy Sane, Tomas Müller

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.