ABŞ İrana 1-0 qalib gəldi və növbəti mərhələyə vəsiqə qazandı. 1/8 finalda ABŞ Niderlandın rəqibi oldu.
***
Qətərdə keçirilən dünya çempionatının B qrupunun III turunda İran və ABŞ yığmaları qarşılaşırlar.
Qarşılaşmada ikinci hissə başlayıb.
ABŞ yığması 1:0 hesabı ilə öndədir.
***
Qətərdə keçirilən dünya çempionatının B qrupunun III turunda İran və ABŞ yığmaları qarşılaşırlar.
Qarşılaşmada ilk hissə başa çatıb.
ABŞ yığması 1:0 hesabı ilə öndədir.
***
Pluşiç 39-cu dəqiqədə ABŞ-ı hesabda irəli çıxardı: 1-0.
***
Qətərdə keçirilən dünya çempionatının B qrupunun III turunda İran və ABŞ yığmaları qarşılaşırlar.
Oyun saat 23:00-da start götürüb.
Qətərdə keçirilən dünya çempionatının B qrupunun III turunda qarşılaşacaq İran və ABŞ yığmalarının start heyətləri açıqlanıb.
Globalinfo.az-ın məlumatına görə, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar.
İran: 1. Əlirza Beyrəvand, 23. Ramin Rezaean, 19. Məcid Hüseyni, 8. Mürtəza Pürəligənci, 5. Milad Məhəmmədi, 6. Səid Ezotalahi, 21. Əhməd Nurullahi, 3. Ehsan Həcisəfi, 9. Mehdi Taremi, 20. Serdar Azmun, 17. Əli Qulizadə
ABŞ: 1. Met Törnr, 2. Sejinyo Dest, 20. Kemron Karter Viks, 13. Tim Rim, 5. Entoni Robinson, 4. Tayler Adams, 6. Yunus Musa, 8.Ueston Makkeni, 21. Timoti Vea, 24. Coşua Serjent, 10. Kristian Pulişiç
Qeyd edək ki, qarşılaşma saat 23:00-da start götürəcək.