Daşkəsəndə yeniyetmə qız intihar etdi

Daşkəsəndə yeniyetmə qız özünü asaraq intihar edib.

Globalinfo.az-ın Report-a istinadən məlumatına görə, hadisə rayonun Astaf kəndində qeydə alınıb.

İntiharın səbəbləri hələ məlum deyil.

Qeyd edək ki, bir müddət əvvəl intihar edən qızın atası meşədə üzərinə ağac aşması nəticəsində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.