Daşkənd Bakıya uçuşların sayını artırır

teyyare ela 900x601 2

“Uzbekistan Airways” şirkəti Daşkənddən Bakıya və əks istiqamətdə uçuşların sayını artıracaq.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə aviaşirkət məlumat yayıb.

“Hazırda Daşkənd-Bakı-Daşkənd marşrutu üzrə uçuşlar çərşənbə axşamı, cümə axşamı və bazar günləri həyata keçirilir. Apreldən həftəlik uçuşların sayı həftədə 4 dəfə olacaq”, – deyə məlumatda qeyd olunub.