Daşaltıda itkin düşən şəhid dəfn edildi – YENİLƏNİB

Birinci Qarabağ müharibəsində itkin düşən, 31 il sonra meyitinin qalıqları Şuşanın Daşaltı kəndində tapılan şəhid Veysəl Qasımov dəfn olunub.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, mərhumun cənazəsi yaylım atəşi və Azərbaycan Respublikasının Dövlət Himninin sədaları altında İkinci Şəhidlər xiyabanda torpağa tapşırılıb.

Dəfn mərasimində şəhidin ailə üzvləri, Xətai Rayon İcra Hakimiyyətinin nümayəndələri və ictimaiyyət üzvləri iştirak edib.

Qeyd edək ki, Veysəl Qasımov 1963-cü ildə Bakı şəhərində anadan olub. 29 saylı tam orta məktəbin məzunu olduqdan sonra könüllü ordu sıralarına yazılıb. 1992-ci ildə Şuşa döyüşlərinin iştirakçısı olub. Daşaltı əməliyyatında döyüşüb və itkin düşüb.

Xatırladaq ki, ötən ay Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyətləri müəyyən edilmiş daha 10 nəfərin meyit qalıqlarının eyniləşdirilməsinə nail olunub. Onlardan biri də şəhid Veysəl Qasımovdur.

***12:30

Birinci Qarabağ müharibəsində itkin düşən, 31 il sonra meyitinin qalıqları Şuşanın Daşaltı kəndində tapılan şəhid Veysəl Qasımovla vida mərasimi başa çatıb.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, mərhumun cənazəsi dəfn olunmaq üçün İkinci Şəhidlər xiyabanına aparılır.

***12:16

Birinci Qarabağ müharibəsində itkin düşən, 31 il sonra meyitinin qalıqları Şuşanın Daşaltı kəndində tapılan şəhid Veysəl Qasımovla vida mərasimi keçirilir.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, Xətai rayonunda mərhumun yaşadığı evdə baş tutan mərasimdə rayon icra hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhidin ailə üzvləri və döyüş yoldaşları iştirak edirlər.

Qeyd edək ki, Veysəl Qasımov 1963-cü ildə Bakı şəhərində anadan olub. 29 saylı tam orta məktəbin məzunu olduqdan sonra könüllü ordu sıralarına yazılıb.

1992-ci ildə Şuşa döyüşlərinin iştirakçısı olub. Daşaltı əməliyyatında döyüşüb və itkin düşüb.

Xatırladaq ki, ötən ay Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyətləri müəyyən edilmiş daha 10 nəfərinmeyit qalıqlarının eyniləşdirilməsinə nail olunub. Onlardan biri də şəhid Veysəl Qasımovdur.