Dardanel boğazında gəmilərin hərəkəti dayandırıldı

Fırtına səbəbilə bu gün günortadan sonra Dardanel boğazında gəmilərin hərəkəti dayandırılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə Nəqliyyat Nazirliyinin Dəniz İşləri Baş İdarəsi bəyanat yayıb.

Qeyd edək ki, Türkiyə son günlər əlverişsiz hava şəraitinin təsirinə məruz qalıb. Yerli hakimiyyət orqanlarının məlumatına görə, dalğaların hündürlüyü doqquz metrə çatan ölkənin Qara dəniz sahillərində bir həftə ərzində beş gəmi quruya çırpılıb. Onlardan biri 12 dənizçi ilə noyabrın 19-da batıb, beş ekipaj üzvünün cəsədi tapılıb, digərlərinin axtarışları gecə-gündüz davam edir.

Türkiyə ərazisinin üçdə bir hissəsində sarı və narıncı hava xəbərdarlığı elan edilib.