Danışıqların növbəti raundu başa çatdı

abs iran

ABŞ və İran arasında Tehranın nüvə proqramı ilə bağlı dolayı danışıqların dördüncü turu başa başa çatıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Mehr” məlumat yayıb.

Maskatda keçirilən görüş 3 saatdan çox davam edib.

***17:09

ABŞ və İran arasında Omanın vasitəçiliyi ilə keçirilən dolayı danışıqların dördüncü raundu Maskatda başlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə İranın “İSNA” xəbər agentliyi məlumat yayıb.

“Danışıqların məqsədi Tehranın nüvə proqramı ətrafında yaranmış böhranı həll etməkdir”, – deyə bildirilib.

Qeyd edək ki, Tehran və Vaşinqton arasında dolayı danışıqların birinci və üçüncü raundu müvafiq olaraq aprelin 12 və 26-da Omanda, ikincisi isə aprelin 19-da İtaliyanın paytaxtı Romada keçirilib.

Əliyar Xəlil
Globalinfo.az