
Gürcüstanın Avropa Birliyinə üzvlüyü ilə bağlı danışıqlar ən geci gələn il başlayacaq.
Globalinfo.az xəbər verir ki, bunu Gürcüstan Baş naziri İrakli Kobaxidze deyib.
“Biz Ukrayna ilə konflikt mövcud olduğu müddət boyunca AB ilə münasibətlərdə problemlərlə toqquşacağıq. Avropaya inteqrasiya bizim xarici siyasətin bir nömrəli prioriteti olaraq qalır”, – o bildirib.
Kobaxidze həmçinin ABŞ-la münasibətlərə toxunub və ondan cavab addımları gözlədiklərini deyib:
“Gürcüstan kiçik, ABŞ isə təsir gücünə malik böyük ölkədir. Hər şey onların əlindədir”.
Qeyd edək ki, son aylar Gürcüstanla Qərb arasında münasibətlər kəskinləşib. Qərb Tiflisdən qəbul etdiyi xarici agentlər haqqında qanunun ləğvini istəyib, Gürcüstan bu tələbi qəbul etmir.
Əliyar Xəlil
Globalinfo.az