“Kiyev və Moskva arasındakı münaqişənin həlli ilə bağlı hazırkı danışıqlar uğursuz olarsa, özümü toparlayıb başqa bir yol tapmalı olacam”.
Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
“Bu, uzun məsafəli yarışa qatılmaq kimidir. Özümüzü toparlamalı və bu müharibəyə son qoymaq üçün başqa bir yol tapmalıyıq”, – deyə dövlət başçısı bildirib.
Dekabrın 12-də ABŞ prezidenti Donald Tramp deyib ki, Amerika tərəfinin hazırladığı sülh planını bəyənməyən yeganə şəxs Ukrayna lideridir.
Ağ Evin rəhbərinin sözlərinə görə, ondan fərqli olaraq Zelenskiyə yaxın insanlar bu razılaşmanın konsepsiyasına heyran olublar.
Əliyar Xəlil
Globalinfo.az