nx 00

Serbiyanın Xarici İşlər Nazirliyi (XİN) İranın Naxçıvana dron hücumunu pisləyib.

Globalinfo.az bildirir ki, nazirlik Azərbaycan ərazisində baş vermiş bu hadisəni qəbuledilməz adlandırıb.

Bildirilib ki, həmin hadisə zamanı ərazinin və əhalinin təhlükəsizliyi təhdid olunub.

Nazirlik Serbiyanın Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü tam dəstəklədiyini bir daha bəyan edib:

“Dost ölkələrin daha geniş regional konfliktlərə cəlb olunması və ya sərhəd bölgələrinin, o cümlədən Naxçıvan Muxtar Respublikasının destabilizasiyası cəhdləri qəbuledilməzdir. Serbiya Respublikası sülhün qorunması, beynəlxalq hüququn və Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin hörmətlə qorunması prinsiplərinə sadiq qalır və Azərbaycan Respublikası ilə dostluq və tərəfdaşlıq əlaqələrinin daha da gücləndirilməsini dəstəkləyir”.

***16:14

Finlandiya İranın Azərbaycana qarşı pilotsuz uçuş aparatları (PUA) ilə hücumunu pisləyib.

Globalinfo.az xəbər verir ki, bu barədə Finlandiyanın Cənubi Qafqazdakı nümayəndəliyinin rəsmi səhifəsində bildirilib.

“Finlandiya İranın Naxçıvanın hava limanının mülki infrastrukturuna PUA-larla hücumlarını qətiyyətlə pisləyir. Bu, Azərbaycanın təhlükəsizliyinin və ərazi bütövlüyünün pozulması, həmçinin gərginliyin daha da artması riskidir. Regionda sabitlik dəstəklənməli, sarsıdılmamalıdır”, – diplomatik missiyanın məlumatında bildirilib.

***11:59

Macarıstan səfirliyi İranın Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına dron hücumlarını kəskin şəkildə pisləyir.

Globalinfo.az xəbər verir ki, bu barədə səfirlik məlumat yayıb.

“Azərbaycanın təhlükəsizliyinin, suverenliyinin və beynəlxalq hüquq normalarının bu cür qəbulolunməz şəkildə pozulması regional sabitliyə xələl gətirir. Macarıstan Azərbaycan hökuməti və Azərbaycan xalqı ilə həmrəy olduğunu bildirir.

    Yaralananların tezliklə sağalmasını arzulayırıq”, – məlumatda qeyd edilib.

    Qeyd edək ki, ötən gün Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına İran İslam Respublikasının ərazisindən dron hücumları həyata keçirilib. 1 ədəd dron Naxçıvan Muxtar Respublikasının Hava Limanının terminal binasına, digər bir dron isə Şəkərabad kəndində məktəb binasının yaxınlığına düşüb. Hava Limanının binasına zərər dəyib, 4 nəfər xəsarət alıb.

    ***10:26

    Çexiya səfirliyi bugünkü Naxçıvana qarşı hücumları qətiyyətlə pisləyir.

    Globalinfo.az xəbər verir ki, bu barədə Çexiya səfirliyinin paylaşımında bildirilib.

      “Bu qəbuledilməz addım Azərbaycanın təhlükəsizliyinin pozulmasıdır və regional sabitliyi sarsıdır”, – paylaşımda vurğulanıb.

      Qeyd edək ki, ötən gün Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına İran İslam Respublikasının ərazisindən dron hücumları həyata keçirilib. 1 ədəd dron Naxçıvan Muxtar Respublikasının Hava Limanının terminal binasına, digər bir dron isə Şəkərabad kəndində məktəb binasının yaxınlığına düşüb. Hava Limanının binasına zərər dəyib, 4 nəfər xəsarət alıb.

      X X  X

      Səfirlik Naxçıvan Muxtar Respublikasına edilən hücumlardan sonra Azərbaycanla tam həmrəyliyini ifadə edir.

      Globalinfo.az xəbər verir ki, bu barədə Belçikanın Azərbaycandakı səfirliyindən bildirilib.

        Qeyd edilib ki, mülki şəxsləri təhlükə altına alan və Azərbaycanın suverenliyini, eləcə də beynəlxalq hüququ pozan bu hücumları qətiyyətlə pisləyirlər: “Zərərçəkənlərin isə tezliklə sağalmasını diləyirik”.

        Paylaş: