velosipedci

Xaçmazda avtomobilin vurduğu velosipedçi ölüb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, 1993-cü il təvəllüdlü Seymur Bəyəli oğlu Dusmətov Köhnə Xudat kəndi ərazisindəki yolda idarə etdiyi “Opel Vectra” markalı avtomobillə Qusar şəhəri istiqamətində hərəkətdə olarkən yolu keçmək istəyən velosipedçi, 1998-ci il təvəllüdlü Sənan Cəmaləddin oğlu Həmrayevi vurub.

Sənan Həmrayev hadisə yerində ölüb.

Faktla bağlı Xaçmaz RPŞ-də cinayət işi başlanılaraq istintaq aparılır.

Paylaş: