azal 1212

“Turkish Airlines” aviaşirkətinin İstanbul-Hoşimin reysini yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.

Bu barədə Globalinfo.az-a Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat Xidmətindən məlumat verilib.

Qeyd olunub ki, buna səbəb təyyarədə olan sərnişinlərdən birinin səhhətinin qəflətən pisləşməsi olub.

“Airbus A350” təyyarəsi yerli vaxtla saat 6:52-də Bakı hava limanında uğurla eniş edib. Enişdən dərhal sonra sərnişin təcili tibbi yardım briqadasına təhvil verilib və paytaxt klinikalarından birinə çatdırılıb.

Paylaş: