Daha bir tələbə dəm qazının qurbanı oldu – FOTO

Şabranda tələbə dəm qazından boğulub.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Mingəçevir Turizm Kollecinin “Turizm işinin təşkili” ixtisasının qiyabi təhsil üzrə l kurs tələbəsi, 2002-ci il təvəllüdlü İsayev Nihad Şahin oğlu yaşadığı evdə qazdan zəhərlənib. Onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, 2 gün əvvəl BDU-nun tələbəsi də dəm qazından vəfat etmişdi.

daha-bir-telebe-dem-qazindan-oldu